8f7942d7-7331-4c83-96ee-477ceb3f097d.webp

Ərdoğan Dövlət Bağçalının Öcalanla bağlı təklifinə münasibət bildirdi

Baxış sayı: 159 dəfə baxılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Milliyyətçi Hərəkat
Partiyasının (MHP) sədri Dövlət Bağçalının PKK təşkilatının həbsdə olan lideri
Abdullah Öcalanla bağlı çağırışına münasibət bildirib.

Cixisyolu.com bu barədə “Haber Global”a istinadən xəbər verib.

Türkiyə prezidenti bildirib ki, Cümhur İttifaqı tərəfindən irəli sürülən
təklif tarixi fürsətdir.

“Siyasi qurumlar, Türkiyə Böyük Millət Məclisi, vətəndaş cəmiyyəti, mətbuat və
bütövlükdə millət olaraq terror və zorakılığın olmadığı bir Türkiyə qurmaq
istəyirik” , – deyə Türkiyə lideri vurğulayıb.

Xatırladaq ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət
Bağçalı bu gün diqqətçəkən açıqlama ilə yadda qalıb.

Terrorçu PKK təşkilatının həbsdə olan lideri Abdullah Öcalanı nəzərdə tutan
MHP lideri “Onun təcrid olunması aradan qaldırılarsa, o, Türkiyə Böyük Millət
Məclisindəki qrup toplantısında çıxış etməli və terrora son qoyduğunu açıq
şəkildə bəyan etməlidir” cümləsini səsləndirib.

D. Bağçalı çıxışında onu da söyləyib ki, A. Öcalan PKK-nın siyasi qanadı
sayılan DEM Partiyasının sıralarına qatılmalı və silahı yerə qoyduğunu bəyan
etməli, terrorun tamamilə bitdiyini, təşkilatın ləğv edildiyini elan etməlidir.

Source link