abd736e3-d12e-42fa-8c69-be0e93558790..jpg

Ərdoğan dünya ictimaiyyətini Şimali Kiprin müstəqilliyini tanımağa çağırıb

Baxış sayı: 570 dəfə baxılıb.

Ərdoğan dünya ictimaiyyətini Şimali Kiprin müstəqilliyini tanımağa çağırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT tribunasından dünya ölkələrini
Şimali Kipr Türk Respublikasını tanımağa və onunla diplomatik əlaqələr qurmağa
çağırıb.

Dövlət başçısı bu barədə BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi
siyasi debatlarında çıxışı zamanı deyib.

“Kipr türklərinin səmimi səylərinə baxmayaraq, adada federal həllin əldə oluna
bilməyəcəyi fakt olaraq qalır. Biz beynəlxalq ictimaiyyəti bunu qəbul etməyə,
ŞKTR-nin müstəqilliyini tanımağa və onunla diplomatik, siyasi və iqtisadi
əlaqələr qurmağa çağırırıq”, – deyə Türkiyə lideri bəyan edib.

Ərdoğan həmçinin bildirib ki, o, BMT-nin Kiprdəki sülhməramlı qüvvələrindən
qorumağa borclu olduqları qərəzsizlik prinsipinə hörmət gözləyir.

Mənbə: Haber Global

Source link