7810e676-9439-40e3-9df7-1c98da4e13eb..jpg

Ərdoğan: “Güclü Türkiyə üçün çalışmağa davam edəcəyik”

Baxış sayı: 468 dəfə baxılıb.

Ərdoğan: “Güclü Türkiyə üçün çalışmağa davam edəcəyik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Güclü Türkiyə üçün çalışmağa davam edəcəyik”.

Bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə
Cümhuriyyətinin elan edilməsinin 100 ili münasibətilə verilən rəsmi ziyafətin
iştirakçılarına videomüraciəti zamanı deyib.

Türkiyə Prezidenti ölkəsində və dünyanın dörd bir yanında yaşayan vətəndaşları
Cümhuriyyət bayramı münasibətilə təbrik edib:

“Bizimlə bu sevinci paylaşan dostlarımıza təşəkkür edirik. 1000 ildir vətən
torpaqlarını qanla sulayan şəhidlərimizi, Cümhuriyyətimizin banisi Mustafa
Kamal Atatürkü hörmətlə anıram. Kökünü tariximizdən aldığımız ilhamla
Cümhuriyyətimizi daha da inkişaf etdirmək ən önəmli vəzifəmizdir”.

R.T.Ərdoğan vurğulayıb ki, son 20 ildə Türkiyənin müasir mədəniyyətin ən üst
səviyyəsinə çıxarılması üçün bütün sahələrdə islahatlar həyata keçirilib:

“Dövlət və millət arasındakı divarı qaldırdıq. Bundan sonra ölkəmizin
geosiyasi baxımdan daha da güclənməsi üçün fəaliyyətimizi davam etdiririk.
Ölkəmizin düşmənlərinin bütün səylərinə baxmayaraq, biz güclü Türkiyə üçün
çalışmağa davam edəcəyik”.

Mənbə: Haber Türk

Source link