“İlk mərhələdə Suriyadan bizə dörd milyona yaxın qaçqın gəlib və hazırda 3,5
milyona yaxın suriyalı qaçqın ölkəmizdədir”.
Cixisyolu.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya
Kansleri Olaf Şoltsla birgə keçirdiyi mətbuat konfransında deyib.
R.T.Ərdoğan qeyd edib ki, hərbi toqquşmaların baş verdiyi hazırkı dövrdə
Türkiyə qapılarını hamı üçün açıq saxlayır:
“Həmçinin Livanda olan vəziyyətlə əlaqədar Türkiyəyə gələnlər üçün də qapımızı
açıq tutmuşuq. Orada türkmənlər də var”.