54a06596-34c4-4f29-b95f-3acd34e33c0b..jpg

Ərdoğan: “İğdır-Naxçıvan qaz kəməri layihəsi Avropanın da enerji təhlükəsizliyinə töhfə verəcək”

Baxış sayı: 577 dəfə baxılıb.

Ərdoğan: “İğdır-Naxçıvan qaz kəməri layihəsi Avropanın da enerji
təhlükəsizliyinə töhfə verəcək”

“İğdır-Naxçıvan qaz kəməri layihəsi Azərbaycan ilə enerji sahəsində
ortaqlığımızı daha da dərinləşdirəcəyi kimi, Avropanın enerji təhlükəsizliyinə
də töhfə verəcək”.

AZƏRTAC

xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan
Prezidentiİlham Əliyev ilə keçirilən mətbuata bəyanatında söyləyib.

“Qars-Naxçıvan dəmir yolu layihəsi ilə yanaşı, yaşayış binaları və elektrik
enerjisi ilə bağlı müqavilələr bir az əvvəl imzalandı. Beləliklə, nəqliyyat,
logistika və enerji sahələrindəki əlaqələrimizi inkişaf etdirməklə bağlı
iradəmizi bir daha ortaya qoyduq”, – deyə Türkiyə Prezidenti əlavə edib.

Source link