7a62380e-1da6-4c2c-b9f2-ff5ada46e41f..jpg

Ərdoğan İrakli Kobaxidze ilə görüşüb – VİDEO

Baxış sayı: 375 dəfə baxılıb.

Ərdoğan İrakli Kobaxidze ilə görüşüb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdə olan Gürcüstanın Baş
naziri İrakli Kobaxidzeni Prezident sarayında rəsmi mərasimlə qarşılayıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası rəsmi “X”
hesabında paylaşım edib.

İrakli Kobaxidze və Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş başlayıb.

Görüşlər zamanı iki ölkə arasında ticarət, enerji və nəqliyyat sahələri başda
olmaqla, qarşılıqlı münasibətlər müzakirə ediləcək. Regional və beynəlxalq
əlaqələrin də gündəmdə olacağı görüşlərdə xüsusilə Cənubi Qafqazdakı son
vəziyyət ətrafında fikir mübadilələrinin aparılması gözlənilir.

Sonra Türkiyə Prezidenti ilə Gürcüstanın Baş naziri mediaya birgə açıqlama
verəcəklər.

Cumhurbaşkanımız @RTErdogan
, Türkiye’ye ziyarette bulunan Gürcistan Başbakanı Irakli Kobakhidze’yi
Cumhurbaşkanlığı Külliyesinde resmî törenle karşıladı.pic.twitter.com/i6zdJGU7Cy

— T.C. Cumhurbaşkanlığı (@tcbestepe) May 16, 2024

Source link