Ərdoğan İraqa səfər edəcək: 30-a yaxın sənəd imzalanacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 12 illik fasilədən sonra aprelin
22-də İraqa gözlənilən səfəri zamanı 30-a yaxın hökumətlərarası sazişin
imzalanması planlaşdırılır.
Ən mühüm razılaşmalar Şimali İraqın terrorçu Kürdüstan Fəhlə Partiyasından
(PKK) təmizlənməsi üzrə birgə səylərə aid olacaq.
Məlumata görə, Bağdad və Ərbildə (İraq Kürdüstanı) keçirilən danışıqlarda
həmçinin terrorizmlə mübarizə üzrə birgə əməliyyat mərkəzinin strukturu və
fəaliyyəti, Şimali İraqda 30-40 kilometr dərinlikdə PKK-nın əsas bazalarının
yerləşdiyi Hakurk və Metina, Zap və Qara bölgələrində təhlükəsizlik zonası və
daimi Türkiyə bazalarının yaradılması məsələlərinin müzakirəsi planlaşdırılır.
Mənbə: Hürriyet