b9484538-3f0f-41b2-8f34-33f9a812c593..jpg

Ərdoğan: “İstanbulda 1,5 milyon evin sakini köçürüləcək”

Baxış sayı: 702 dəfə baxılıb.

Ərdoğan: “İstanbulda 1,5 milyon evin sakini köçürüləcək”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türkiyə hökuməti təmir proqramı çərçivəsində beş il ərzində İstanbulda 1,5
milyon evin sakinlərini köçürməyi planlaşdırır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16 milyonluq meqapolisin mənzil
fondunun yenilənməsi üzrə “Yol xəritəsi”nin təqdimatında deyib.

Qeyd edilib ki, prioritet olaraq 600 min zəlzələyə davamlı ev tikiləcək:

“İstanbulda təqribən 7,5 milyon bina var, o cümlədən altı milyon yaşayış
binası, bunlardan 600 mini prioritet olaraq təmir edilməlidir. Məqsədimiz beş
il ərzində yaşayış üçün təhlükəli sayılan 1,5 milyon evin sakinlərini
köçürməkdir”.

Xatırladaq ki, seysmoloqlar İstanbul ərazisində yeddi və daha yüksək bal
gücündə zəlzələ ola biləcəyi ilə bağlı daim xəbərdarlıq edirlər.

Mənbə: Haber Global

Source link