aa58c7f1-b0d0-4d81-83b0-9ed6ddd2d065..jpg

Ərdoğan Şarl Mişellə görüşüb

Baxış sayı: 582 dəfə baxılıb.

Ərdoğan Şarl Mişellə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Avropa İttifaqı Şurasının rəhbəri
Şarl Mişel Hindistanda keçirilən görüşdə Türkiyənin Aİ-yə tamhüquqlu üzvlüyü
üçün lazım olan addımları müzakirə ediblər.

“Görüş zamanı Türkiyə ilə Aİ arasında əlaqələr, o cümlədən Türkiyənin Aİ-yə
tamhüquqlu üzvlüyü üçün atılması lazım olan addımlar, regional və qlobal
məsələlər müzakirə edilib”, – Türkiyə Prezident Administrasiyasının məlumatında
deyilir.

Bununla yanaşı, Ərdoğan misirli həmkarı Əbdülfəttah əs-Sisi və Səudiyyə
Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə də danışıqlar aparıb.

Mənbə: Anadolu

Source link