Ərdoğan: “Türkiyə “F-16” məsələsində ABŞ-dən qarşılıq gözləyir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Ankaranın İsveçin NATO-ya üzvlük ərizəsini təsdiq etməsinə cavab olaraq
Türkiyə “F-16” qırıcılarının satışı ilə bağlı ABŞ-dən qarşılıq gözləyir”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
O qeyd edib ki, ölkəsi, həmçinin İsveçin terrorla mübarizə ilə bağlı verdiyi
vədləri yerinə yetirməsini də gözləyir.
“İnanıram ki, həm “F-16” məsələsində, həm də Kanadanın vədlərini yerinə
yetirməsi məsələsində ABŞ-dən gözlədiyimiz müsbət dəyişikliklər parlamentimizin
də bu məsələyə müsbət münasibətini sürətləndirəcək. Digər tərəfdən, İsveçin
bizə verdiyi vədlər də var ki, onların da həyata keçiriləcəyini gözləyir,
hadisələri diqqətlə izləyirik”, – deyə Türkiyə lideri vurğulayıb.
Mənbə: Anadolu