Türkiyə hökumətində müəyyən dəyişikliklər ola bilər.
Cixisyolu.com-ın “Sabah”a istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan xarici səfərdən qayıdarkən təyyarədə
jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.
“Bizim partiya proqramımız daim dəyişir. Bundan başqa, inzibati mexanizmlərdə,
partiyamız daxilində bəzi dəyişikliklər ola bilər. Baş nazir müavinlərinin də
dəyişilməsi gözlənilir. Bildiyiniz kimi, hökumətdə iki nazir dəyişdi. İndi bu
yeni dövrdə həm müavinlər, həm nazirlər səviyyəsində dəyişikliklər edə
bilərik”, – deyə o bildirib.