Ərdoğan Türkiyənin turizm hədəflərini açıqlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyə 2024-cü ilin sonuna kimi turizm sənayesindən 60 milyon turist qəbul
edərək 60 milyard dollar gəlir əldə etməyi planlaşdırır.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada Ədalət və İnkişaf
Partiyasından yerli bələdiyyə seçkilərinə namizədlərin təqdimatı mərasimində
bildirib.
“Turizm hədəfimiz 2024-cü ildə ölkəmizə 60 milyon ziyarətçi qəbul etmək və 60
milyard dollar gəlir əldə etməkdir”, – o bəyan edib.
Rəsmi məlumatlara görə, 2023-cü ildə Türkiyəyə 56,7 milyon turist səfər edib
ki, bu da bir il əvvəlkindən 12% çoxdur. Ötən il turizm gəlirləri 2022-ci illə
müqayisədə 16,9% artaraq 54,3 milyard dollar təşkil edib.
Mənbə: TRT