5bb2cc0d-51d8-40ec-89f4-42718ecbb69b..jpg

Ərdoğan Yaxın Şərqin nüvəsizləşdirilməsini təklif edib

Baxış sayı: 600 dəfə baxılıb.

Ərdoğan Yaxın Şərqin nüvəsizləşdirilməsini təklif edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin nüvə silahı ilə bağlı
müzakirələrlə əlaqədar region ölkələrinə nüvəsizləşdirmə konfransı keçirməyi
təklif etdiyini bildirib.

O, İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının fövqəladə zirvə
toplantısının keçirildiyi Ər-Riyaddan qayıdarkən təyyarədə jurnalistlərə
açıqlamalar verib.

“Biz ilk dəfə olaraq İsrailin nüvə silahlarına dair məlumatlar fonunda
nüvəsizləşdirmə üzrə regional konfrans keçirməyi təklif edirik. Problemin
taktiki və strateji komponentləri var. Bu iki komponent bir-biri ilə yaxından
bağlıdır”, – Ərdoğan bildirib.

Dövlət başçısının sözlərinə görə, Türkiyəsiz regionda təşəbbüslər həyata
keçirmək, planlar qurmaq mümkün deyil.

“Problemin həlli üçün ən uyğun təklifləri verən ölkə Türkiyədir. Bölgədəki
böhranların və problemlərin həllində əsas ölkə Türkiyədir. Türkiyə yeganə
ölkədir ki, coğrafiyamızda olan bütün ölkələrlə görüşə, münaqişə edən və
döyüşən tərəfləri bir masa arxasında toplaya bilər”, – deyə Prezident bəyan
edib.

Dövlət başçısı həmçinin BMT-nin yox olmaması üçün onun islahatlara ehtiyac
duyduğunu qeyd edib. O, Avropa İttifaqının Türkiyə və Yaxın Şərqə yanaşmasını
yanlış adlandırıb.

Mənbə: Haber Global

Source link