Türkiyə hökumətinin qərarı ilə Azərbaycanın adı gömrük rüsumlarının
artırılacağı ölkələr siyahısından çıxarıb.
Cixisyolu.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla əlaqədar Rəcəb
Tayyib Ərdoğan göstəriş verib.
Qərara əsasən, Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmayan ölkələrdən
(Azərbaycan istisna olmaqla) idxal olunan plastik məmulatın bir tonu üçün
50-400 ABŞ dolları arasında əlavə rüsum tutulacaq.