Ərdoğanın müavini Azərbaycanda səfərdədir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin xarici əlaqələr
üzrə müavini, İstanbul millət vəkili Zəfər Sırakayanın rəhbərlik etdiyi
nümayəndə heyəti Bakıda səfərdədir.
“Report”un xəbərinə görə, səfər Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə
həyata keçirilir.
Z.Sırakaya YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla
görüşəcək.
Görüş zamanı iki ölkənin hakim partiyaları arasında əməkdaşlığın
genişləndirilməsi, fikir və təcrübə mübadiləsi, həmçinin gələcəkdə atılacaq
addımların müzakirəsi nəzərdə tutulub.