e1134726-246f-4c49-8da3-bad6c5f5fa92..jpg

Ərdoğanın müavini: “Türkiyə sülh və normallaşma prosesində Azərbaycana daim dəstək olacaq”

Baxış sayı: 802 dəfə baxılıb.

Ərdoğanın müavini: “Türkiyə sülh və normallaşma prosesində Azərbaycana daim
dəstək olacaq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türkiyə sülh və normallaşma prosesində Azərbaycana daim dəstək olacaq”.

“Report” xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr
müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Zəfər Sırakaya “Ermənistandan
didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri
qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda keçirilən
beynəlxalq tədbirdə deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət didərgin salınmış
azərbaycanlıların ləyaqətli və təhlükəsiz şəkildə yurdlarına qayıtması üçün
birgə işləməlidir:

“Beynəlxalq təşkilatların və cəmiyyətin bu prosesdə iştirakı zəruridir. Ona
görə də diplomatik addımlar və vasitəçilik səyləri davam etməlidir. Hətta
Azərbaycan Qarabağda olan ermənilərə bölgəni tərk etməmələri üçün çağırış
edirdi. Çünki onlara bərabərhüquqlu vətəndaş olmalarını təklif etmişdi.
Nəticədə Ermənistanda olan müəyyən qruplar, həmçinin erməni diasporu və bəzi
Qərb ölkələri Azərbaycan əleyhinə kampaniya apardı. Həmin dairələr bu gün insan
hüquqlarının təmin edilməsindən danışırlar. Ancaq vaxtilə azərbaycanlıların
hüquqları tapdalananda buna göz yummuşdular”.

Z.Sarıkaya Azərbaycanın Qarabağda apardığı quruculuq işlərindən və qayıdışdan
da söz açıb:

“Təxminən 5 min azərbaycanlı yurduna qayıdıb. Bu ilin sonunadək sayın 6500-ə
çatacağı gözlənilir”.

TBMM rəsmisi Türkiyənin sülh və normallaşma prosesində Azərbaycana daim dəstək
olacağını da vurğulayıb.

Source link