Erhan Ertürk: “Azərbaycandakı möhtəşəm tədbirdə olduğumuz üçün qürur duyuruq” – FOTO

Baxış sayı: 865 dəfə baxılıb.

Erhan Ertürk: “Azərbaycandakı möhtəşəm tədbirdə olduğumuz üçün qürur duyuruq”
– FOTO

“Belə möhtəşəm tədbirdə burada olduğumuz üçün qürur duyuruq”.

“Report” xəbər verir ki, bunu Türkiyə Avarçəkmə Federasiyasının prezidenti
Erhan Ertürk ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik
yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatası ilə bağlı
danışarkən deyib.

Funksioner təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirib:

“Qardaş ölkəmiz bizi çox yaxşı qarşıladı. Azərbaycan və Türkiyə qarşıdakı
illərdə də birlikdə möhtəşəm tədbirlərdə iştirak edəcək”.

Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Kabakçı təşkilatçılara təşəkkür
edib:

“Mingəçevirdə, Şuşada və Qarabağda olduğumuz üçün çox xoşbəxtik. Bütün
təşkilatçılara təşəkkür edirəm. Azərbaycandakı yarışda ötən illə müqayisədə
iştirakçı ölkələrin sayı artıb. Biz qardaş ölkəyik. Türkiyə idmançıları da
burada yaxşı çıxış edirlər”.

Source link