Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub – TƏFƏRRÜAT –
YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Abşeron rayonunun Xırdalan şəhəri, Nəsibə Zeynalova küçəsində qətl hadisəsi
baş verib.
48 yaşlı Sevinc Əhmədağayevanın 50 yaşlı həyat yoldaşı Laçın Əhmədağayev
tərəfindən öldürüldüyü bildirilib.
Mərhumun qonşusunun sözlərinə görə, cütlük arasında indiyədək heç bir
söz-söhbət olmayıb:
“Laçının arvadını qətlə yetirməsini eşidəndə şoka düşdüm. Beş ilə yaxındır
burada olurlar, heç vaxt mübahisə etdiklərini görməmişəm. Çox sakit gəlin idi.
Yoldaşı da pis deyildi. Qızlarının üç yaşı olacaq. Belə dedilər ki, başı
kəsilib”.
Qeyd edək ki, faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi
başlanılıb. Laçın Əhmədağayev şübhəli şəxs qismində tutulub.
Ətraflı Baku TV-nin süjetində:
09:52
Aprelin 28-də saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində
1976-cı il təvəllüdlü Sevinc Əhmədağayevanın öldürülməsi barədə rayon
prokurorluğuna məlumat daxil olub.
Bu barədə Cixisyolu.com-a Abşeron Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı 1974-cü il təvəllüdlü Laçın Əhmədağayevin
yaşadıqları evdə arvadı Sevinc Əhmədağayevaya bıçaqla xəsarətlər yetirərək
qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam
öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Laçın Əhmədağayev prokurorluğun
qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.