Əri tərəfindən boğularaq qətlə yetirilən Ayşənin qonşuları DANIŞDILAR – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sabunçu rayonunun Ramana qəsəbəsi, “3-cü Mədən” adlanan nömrəsiz fərdi yaşayış
evlərinin birində 28 yaşlı Nurəddin Məmmədov aralarında yaranan mübahisə zamanı
22 yaşlı həyat yoldaşı Ayşən Məmmədovanı boğaraq qətlə yetirib.
Hadisədən sonra cinayəti törətməkdə şübhəli bilinən Nurəddin Məmmədov polis
əməkdaşları tərəfindən saxlanılıb.
Mərhumun qonşusunun sözlərinə görə, daha əvvəl cütlük arasında heç bir
söz-söhbətin şahidi olmayıblar:
“Hadisə baş verəndə evdə idim. Gördüm ki, polis gəlib. Dedilər ki, qonşu
yoldaşını öldürüb. Sakit ailə idi, heç kəslə işləri yox idi. Əri işə
gedib-gəlirdi, qız da bayıra çıxmırdı. Neçə ildir burada qonşuyuq, onları belə
tanımışıq”.
Daha ətraflı Baku TV-nin süjetində: