“Mançester Yunayted”in müqaviləsinin müddəti başa çatmamış baş məşqçi
postundan istefaya göndərdiyi Erik ten Haqa 20 milyon avro təzminat ödənəcəyi
açıqlanıb.
Cixisyolu.com xəbər verir ki, niderlandlı çalışdırıcı təzminat məbləğinin hamısını
tələb edib.
Xatırladaq ki, ten Haq 2022-ci ilin aprelindən “Mançester Yunayted”i
çalışdırırdı. 2023-cü ildə “qırmızı şeytanlar”la İngiltərə Kubokunu qazanan
mütəxəssis 2024-cü ildə İngiltərə Liqa Kubokunda qələbə sevinci yaşayıb.
Qeyd edək ki, Erik ten Haqın Mançester təmsilçisi ilə müqaviləsinin müddəti
2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu.