Erik ten Haqın “Mançester Yunayted”dəki taleyi məlum oldu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “Qırmızı şeytanlar”la işini
davam etdirəcək.
İngiltərəli məşhur idman jurnalisti Stiv Beyts sosial şəbəkə hesabında yazıb
ki, klub niderlandlı mütəxəssislə yollarını ayırmağı planlaşdırmır.
O əlavə edib ki, məşqçinin istefası məsələsi yalnız komandanın cari mövsümün
sonunda uğursuzluğa düçar olacağı halda aktuallaşacaq.
Məlumat üçün əlavə edək ki, “Mançester Yunayted”in İngiltərə Premyer Liqasında
altıncı sırada getməsi klubun azarkeşlərini və rəhbərliyinin narazılığına səbəb
olub. Bununla əlaqədar mətbuatda mütəmadi olaraq Erik ten Haqın tezliklə
istefaya göndəriləcəyi qeyd olunur.
Mənbə: Championat