72a3f687-8e2d-40e5-ba71-59f511b35cca..jpg

Ərindən işgəncə görən qadın uşaqları ilə evdən qaçdı – FOTO

Baxış sayı: 768 dəfə baxılıb.

Ərindən işgəncə görən qadın uşaqları ilə evdən qaçdı – FOTO

Kürdəmirdə qadın əri tərəfindən fiziki zorakılığa məruz qalıb.

Lent.az xəbər verir ki, zərərçəkmiş V.H. həyat yoldaşının onu mütəmadi döyməsi
ilə bağlı polisə müraciət edib.

O, müraciətində dəfələrlə döyüldüyünü, şiddətə məruz qaldığını dilə gətirib.
Nəticədə qadın həyat yoldaşından gördüyü işgəncələrə tab gətirməyərək hüquqi
yola əl atıb. O, azyaşlı övladları ilə birgə evdən qaçıb. Polisə sığınan qadın
sığınacağa yerləşdirilməsini istəyib.

Polis dərhal məsələ ilə bağlı araşdırmaya başlayıb və həmin ailə xüsusi
nəzarətə götürülüb.

Ana və üç övladı sığınacağa yerləşdiriliblər.

Anaya şiddət göstərən kişi ilə bağlı isə araşdırmalara başlanıb.

Source link