2dc81ba8-4ca8-43cd-86a1-a3a49bedaed5..jpg

Ərini baltalayan qadın məhkəmə zalında həbs edildi

Baxış sayı: 666 dəfə baxılıb.

Ərini baltalayan qadın məhkəmə zalında həbs edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda ərini öldürməyə cəhddə təqsirləndirilən Lalə İmaşovanın cinayət işi
üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz
Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Lalə İmaşova 9 il azadlıqdan məhrum edilib. İstintaq və məhkəmə
dövründə polis nəzarətində olan qadın məhkəmə zalında həbs edilib.

Xatırladaq ki, hadisə keçən il yanvarın 21-də paytaxtın Qaradağ rayonu,
Qızıldaş qəsəbəsi ərazisində yerləşən evlərin birində qeydə alınıb.

İttihama görə, Lalə İmaşova əri Ceyhun İmaşovla mübahisə edib. Daha sonra
qadın baltanın kəsici hissəsi ilə ərinin baş nahiyəsinin arxa hissəsindən iki
dəfə zərbə vurub. Nəticədə Ceyhun İmaşov ağır xəsarətlərlə xəstəxanaya
yerləşdirilib.

L.İmaşova barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə
cəhd) maddəsi ilə cinayət işi ittiham elan olunub.

Source link