Ərini boyunbağı ilə boğaraq öldürən qadınla bağlı QƏRAR
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakı Apellyasiya Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən İnessa
İsmayılovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə
iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən
prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2021-ci il mayın 9-da paytaxtın Səbail rayonunda Rusiya
vətəndaşı İnessa Vladimirovna İsmayılova, həyat yoldaşı 1952-ci il təvəllüdlü
Rəşid Axundovu boğaraq qətlə yetirib.
Belə ki, qadın evdə ailə münaqişəsi zəminində aralarında yaranan mübahisə
zamanı ərini cəzalandırmaq məqsədlə Rəşid Axundovun boynundakı gümüş
boyunbağıdan tutub dartmaqla onu boğaraq öldürüb. İnnesa İsmayılova barəsində
Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən
şəxs qismində cəlb olunmaqla məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilib.