Ərini işə göndərib sevgilisinə intim video göndərən qadın qətlə yetirildi –
CİNAYƏT İŞİ + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qısqanc kişi həyat yoldaşını keçmiş sevgilisinə göndərdiyi intim videolarına
görə qətlə yetirib.
Belə ki, son zamanlar Rəşad (adlar şərtidir) beş illik həyat yoldaşı olan
Zülfiyyəni çox qısqanırdı.
Xüsusilə onun telefon işlətməsindən xoşu gəlmirdi. Zülfiyyə bir müddət əvvəl
əməliyyatdan çıxmışdı və tam sağalmadığı üçün uşaqları anasının yanında qalırdı.
Rəşad və uşaqlar evdə olmayanda Zülfiyyə musiqi qoşub özü üçün rəqs edir,
telefonla şəklini çəkir və keçmiş sevgilisi Əmrahla telefonla danışırdı.
Əmrah görüşmək istəsə də, Zülfiyyə həyat yoldaşından qorxduğu üçün bu
gərçəkləşmirdi.
Bir neçə gün sonra səhər saatlarında yuxudan oyanıb, işə getməyə hazırlaşan
Rəşad gizlicə Zülfiyyənin telefonunu özü ilə götürür.
Telefona nəzər salan zaman Zülfiyyənin intim xarakterli foto və videolarını
görür. O, evə gələrək Zülfiyyəyə deyir ki, artıq hər şeydən xəbərdardır.
Zülfiyyə isə Əmrahla aralarında olanların keçmişdə qaldığını bildirir.
Aralarında yaranan insidentdən sonra Rəşad mətbəxdən götürdüyü bıçaqla
Zülfiyyəyə ard-arda bir neçə zərbə vurur və qadın aldığı xəsarətlərdən hadisə
yerində həyatını itirir.
Rəşad könüllü olaraq hüquq-mühafizə orqanına zəng edərək təslim olur.
Ətraflı Baku TV-nin süjetində: