396d0cac-c19a-4f75-90e7-4ba3e1855f22..jpg

Ərinin narkotik satdığını gizlədən qadın məhkəmə zalından azadlığa buraxıldı

Baxış sayı: 750 dəfə baxılıb.

Ərinin narkotik satdığını gizlədən qadın məhkəmə zalından azadlığa buraxıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağsu Rayon Məhkəməsində cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd
etmədən cinayəti gizlətmədə təqsirləndirilən Nailə Əliyevanın (şərti) cinayət
işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az xəbər verir ki, hakim Babək Qasımovun sədrliyi ilə keçirilən
prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 500 manat məbləğində cərimə növündə cəza təyin
edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv
edilib, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib və o,
məhkəmə iclas zalından dərhal azad olunub.

İttihama görə, Nailə Əliyeva ağır cinayətin törədilməsini bilərək həmin
cinayət barəsində xəbər verməyib.

Belə ki, o, 2022-ci ilin yanvar ayında Bakı şəhərində tanış olduğu, faktiki
ər-arvad münasibətində olmaqla birgə yaşadığı Ağsu şəhər sakini Qabil Səfərovla
(şərti) birlikdə 10 sentyabr 2022-ci il tarixdə Ağsu şəhərində yerləşən evinə
gəlib. 14 sentyabr 2022-ci il tarixdə Qabilin satmaqdan ötrü yaşadığı həmin
evdə qanunsuz saxladığı üç bükümdə, ümumi çəkisi 0,686 qram olan psixotrop
maddə – metamfetamini digər bir Ağsu şəhər sakininə 30 manata satdığını görüb.
Eyni zamanda, qadın onların bu barədə söhbət etdiklərini eşidib. Daha sonra
Qabil Səfərov narkotikə görə həbs edilib. Nailə ərinin cinayəti barədə
hüquq-mühafizə orqanlarına məlumat vermək üçün kifayət qədər vaxtı və imkanı
olduğu halda bunu etməyib.

Bununla da, Nailə Əliyeva Cinayət Məcəlləsinin 307.1-ci (Ağır və ya xüsusilə
ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət
barəsində xəbər verməmə) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törədərək
məsuliyyətə cəlb olunub.

Source link