Moskvanın fiziki-texniki institutunun alimləri “Gero” startapının tədqiqat qrupu ilə birgə insanın bioloji yaşını və erkən ölüm riskini müəyyən edən süni intellekt sistemi yaradıb.
ÇıxışYolu.Com xəbər verir ki, tədqiqatın nəticələri “Scientific Reports” jurnalında dərc olunub.
“Sübut etdik ki, süni intellekt sınaqda iştirak edən insanların bioloji yaşını və ölüm ehtimalını qeyri-invaziv yolla qiymətləndirə bilir. Dəqiq nəticələr üçün heç də tibbi müayinələrə ehtiyac yoxdur, təkcə fitnes-trekinq cihazında olan insanın hərəkətləri barədə məlumatlar kifayət edir” deyə “Gero”nun elmi direktoru Pyotr Fediçyov bildirib.
Təqvim və bioloji yaş arasında olan fərqin müəyyənləşməsi, alimin dediyinə görə, insanların müalicə prosesinə böyük töhfələr verəcək.
“Artıq tibdə kardioqram müayinəsi, ağ ciyər xəstəliklərinin diaqnostikasında, həmçinin digər məlumatlar əsasında bioloji yaşın müəyyənləşdirilməsində süni intellektdən istifadə olunur.
Biz bu imkanlardan yararlanaraq, insan hər hansı müayinədən keçməmiş onun orqanizminin ümumi vəziyyətini qiymətləndirməyi və risk səviyyəsindəki dəyişiklikləri aşkarlamağı mümkün edən sadə monitorinq aləti” yaratdıq” deyə Fediçyov bildirib.