b7a78ce5-2c41-4264-8a6e-8390a46d70df..jpg

Erlinq Holandın “Barselona”ya mümkün keçidinin vaxtı açıqlandı

Baxış sayı: 633 dəfə baxılıb.

Erlinq Holandın “Barselona”ya mümkün keçidinin vaxtı açıqlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Barselona”nın rəhbərliyi, başda klubun prezidenti Joan Laporta olmaqla
“Mançester Siti”nin 23 yaşlı hücumçusu Erlinq Holandı transfer etmək
arzusundadır.

Mənbənin yazdığına görə, Kataloniya klubu 2025-ci ilin yayında norveçli
futbolçunu heyətinə qatmağa planlaşdırır.

Qeyd olunur ki, “Barselona” Erlinq Holandın transferini Madrid “Real”ının
Mbappeni transfer etməyinə cavab olaraq həyata keçirmək istəyir.

Məlumatda həmçinin qeyd olunur ki, Joan Laporta E. Holandın agenti Rafael
Pimento ilə yaxşı münasibətdədir.

Mənbə: Mundo Deportivo

Source link