Erməni diversant Azərbaycan dilində danışır – VİDEO

Erməni diversant Azərbaycan dilində danışır – VİDEO

Baxış sayı: 5. 048 dəfə baxılıb.

İndi sizə iki ölkə, Azərbaycan və Ermənistan arasında olan fərqi təqdim edəcəyik. Buraxılışımızın əvvəlində Xocalıda Ermənistan ordusunun dinc sakinlərə qarşı törətdiyi vəhşilikləri təqdim etdik.

Sizi bir neçə il əvvəl Azərbaycan ordusu tərəfindən qoşunların təmas xəttində tutulan erməni diversantın Bakıda, həbsxanada saxlanma şəraiti ilə tanış edirik. 

ÇıxışYolu.Com-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, Ermənistan ordusunun diversantı Arsen Baqdasaryan mina basdırarkən 2014-cü ilin dekabrın 26-da qoşunların təmas xəttində, Azərbaycan ordusu tərəfindən tutulub.

Məhkəmənin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib. O, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın əmri ilə böyük cinayət törətdiyini etiraf edib. Həbsxanada bizim dildə danışmağı öyrənən Arsen Baqdasaryan Azərbaycan bayrağını da başının üstündən asıb. O, bayrağı özü hazırlayıb.

Baxmayaraq ki, Arsen cinayət törədib, ona Azərbaycanda heç bir zorakılıq tətbiq edilməyib. Bunu o, “Qarabağ: əsirlər və girovlar – Közərən Xaç” filminin çəkilişi zamanı etiraf edib.

Arsen Baqdasaryan həbsxanadan Ermənistana mesaj da verib. Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti vasitəsilə o, ailəsi ilə tez-tez əlaqə saxlayır. O, hətta qardaşını yeni doğulan uşağına görə təbrik edib.

www.ÇıxışYolu.Com