Ermənistan parlamentində qeyri-adi aksiya - FOTO + VİDEO

Ermənistan parlamentində qeyri-adi aksiya – FOTO + VİDEO

Baxış sayı: 2. 000 dəfə baxılıb.

Ermənistan parlamentinin aprelin 11-də keçirilən iclasında “Vıxod” partiyasında olan deputatlar özünəməxsus aksiya keçiriblər.

ÇıxışYolu.Com-ın erməni KİV-ə istinadən məlumatına görə, çıxış üçün “Vıxod” blokundan olan deputat Ararat Mirzoyan tribunaya yaxınlaşıb.

O, Serj Sarkisyanın hakimiyyətinə son qoymağa çağırıb. A.Mirozyan Ermənistan əhalisini aprelin 13-də kieçiriləcək mitinqə qatılmağa səsləyib.

Bundan sonra deputat cibindən tüstü şaşkaları çıxararaq onları yandırıb.

Onu partiyanın digər deputatı Lena Nazaryan dəstəkləyib.

Ermənistan parlamentinin zalı tüstüyə qərq olub.

Parlamentin vitse-spikeri Eduard Şarmazanov aksiyaya heç bir reaksiya verməyib.

www.ÇıxışYolu.Com