Ermənistanda üsyan yetişir

Ermənistanda üsyan yetişir

Baxış sayı: 2. 153 dəfə baxılıb.

Cümə günü aprelin 13-də Yerevanın Azadlıq meydanında başda Nikol Paşinyan olmaqla, müxalifətçi “Vətəndaş müqaviləsi” partiyasının üzvləri tərəfindən mitinq təşkil ediləcək.

ÇıxışYolu.Com erməni KİV-ə istinad edərək xəbər verir ki, mitinq müxalifətçilərin martın 31-də başladıqları Ermənistan şəhərlərinə yürüşlərinin tamamlanmasını bildirəcək.

Yerevanın “Severnaya” avtovağzalında Nikol Paşinyanı və onun tərəfdarlarını bu gün tətil elan edən  tələbələr qrupu qarşılayıb. Küçədən keçən maşınlar gənclərə dəstək əlaməti olaraq siqnal veriblər.

Bir neçə gün əvvəl bu gənclər Azadlıq Meydanında hazırlanan mitinq barədə vətəndaşları xəbərdar etməyə cəhd ediblər. Onlar “Mənim addımım” hərəkatının vərəqələrini paylayırdılar, lakin Yerevan Universitetinin təhlükəsizlik xidmətinin rəisi gənclərin üstünə hücum çəkərək, vərəqələri onların əlindən almağa çalışıb.

Tələbələr bu hadisə barədə ombudsmanın ofisinə məlumat veriblər.

Aprelin 17-nə planlaşdırılan mitinqin iştirakçıları parlamentin binasını, həmçinin deputatların evlərini  mühasirəyə almaq, bununla onlar deputatlara Ermənistan Milli yığıncağına baş nazirin namizədliyi üzrə keçiriləcək səsvermədə iştirakına mane olmaq niyyətindədirlər.

Əli Məmmədov
www.ÇıxışYolu.Com