f5a666c1-33b8-423d-9f0a-888a5ef4bf68..jpg

Erməniəsilli şəxs: “Azərbaycan tərəfdən bizə heç bir təzyiq olmayıb”

Baxış sayı: 488 dəfə baxılıb.

Erməniəsilli şəxs: “Azərbaycan tərəfdən bizə heç bir təzyiq olmayıb”

“Bizim rəhbərlər hamımızı zorla evlərimizdən çıxardılar. Azərbaycan tərəfdən
bu məsələdə bizə heç bir təzyiq olmayıb”.

“Report”un Laçına ezam olunan əməkdaşının xəbərinə görə, bunu Qarabağın erməni
sakini Qriqori (soyadını açıqlamaqdan imtina edib) deyib.

Onun sözlərinə görə, uzun müddət Ağdərədə yaşayıb:

“İndi Ermənistana gedirəm. Kənd icra nümayəndəsi gəlib dedi ki, çıxın gedin
Ermənistana. Öz rəhbərlərimiz bizi evimizdən məcburi çıxardılar”.

Qriqori söyləyib ki, vaxtilə çoxlu sayda azərbaycanlı dostları olub:

“Bir yerdə işləyib, bir yerdə yaşamışıq. Bakıda dəfələrlə olmuşam.
Azərbaycanlılar yaxşı xalqdır. Mən ev tikintisi ilə məşğul olmuşam. Qarabağ
müharibəsindən sonra Ermənistan vətəndaşlığı almışam. Geri qayıtmaq fikrim
yoxdur. Azərbaycan tərəfindən bizə heç bir təzyiq olmayıb”.

Source link