3f07a1e2-8727-4ef6-98f2-e53f7e8b2079..jpg

Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” – VİDEO

Baxış sayı: 814 dəfə baxılıb.

Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsi qazisi Amin Musayev ilk dəfə ermənilərə əsir düşdüyü yerdə
olub.

İkinci Qarabağ müharibəsinin qızğın döyüşlərindən birinin getdiyi
Şuşa-Xankəndi istiqamətində ağır yaralanan Amin həmin anları xatırlayıb:

“Yerimi dəyişəndə güllə yarası aldım. Qışqırıb döyüş yoldaşıma dedim ki,
yaramı bağla. Söylədi ki, əlimi qabağa gətirə bilmirəm. Kürəyi qəlpə ilə dolu
idi. Döyüş yoldaşıma dedim ki, mənim üçün bir dənə siqaret yandır. Elə bildim
ki, ölürəm. Siqareti çəkib özümdən getdim. Ayılanda gördüm ki, yanımda şəhid
var. Başımı onun üstünə qoyub yatdım”.

A.Musayev əsir götürüldükdən sonra başına gətirilən dəhşətlərdən də danışıb:

“Məni videoya çəkib, istəmədiyim bir şeyi dedirtmək istədilər. Qəbul
etmədiyimə görə boynuma isti su töküb, yandırdılar. Gecələr projektoru elə
qoyurdular ki, işıq üzümə vursun, yata bilməyim”.

Qazi əsir düşdüyü ərazidən üzərində qanı olan hərbi geyim formasını da tapıb.

Daha ətraflı Baku TV-nin videosunda:


Source link