fc6b4275-e98a-4244-a940-0426827c17ec..jpg

Erməni əsirliyində olan Qaradağlı sakini: “Bizə insanlığa sığmayan işgəncələr verirdilər” – VİDEO

Baxış sayı: 688 dəfə baxılıb.

Erməni əsirliyində olan Qaradağlı sakini: “Bizə insanlığa sığmayan işgəncələr
verirdilər” – VİDEO

Xocavənd rayonunun Qaradağlı kəndində törədilən faciədən 31 il ötür.

1992-ci ilin fevralın 17-də Qaradağlı işğal edilərək erməni silahlı
birləşmələri tərəfindən yandırılıb. Kəndin “Bəylik bağı” adlandırılan
ərazisində 23 sakinimiz ermənilər tərəfindən güllələnib, 118 nəfər əsir
götürülüb. Onlardan 68-i xüsusi amansızlıqla öldürülüb.

Ermənilərin Qaradağlıda törətdikləri Xocalı soyqırımından sonra xalqımızın
Qarabağda yaşadığı ikinci böyük müsibət idi.

Baku TV-nin çəkiliş qrupu Qaradağlı kəndinin sakinlərinin məskunlaşdığı
Beyləqan rayonunun Xocavənd qəsəbəsində olub.

Qaradağlı sakini Şahruz Əliyev faciə qurbanlarının başına gətirilənlərdən
danışıb.

“Bizi yığaraq Xankəndi istiqamətində apardılar və “Bəylik bağı” adlanan yerdə
maşınları saxlayıb 10 cavanı düşürdülər və onları güllələdilər. Bizə insanlığa
sığmayan işgəncələr verirdilər. Bıçaqla bədənimizi deşirdilər, soyundurub
ağacla döyürdülər, elə anlar olurdu ki, qarlı havada suyun içində
uzandırırdılar”, – deyə o qeyd edib.

Ətraflı videonu təqdim edirik:


Source link