Erməni ictimai xadimləri Yerevanda hökumət tərəfindən mitinq iştirakçılarına qarşı güc tətbiq edilməsinə etiraz olaraq fəxri adlardan imtina edirlər.
ÇıxışYolu.Com-ın erməni KİV-ə istinadən məlumatına görə, aktyor Mkrtiç Arzumanyan və müğənni Erna Yuzbaşyan Ermənistan Xalq artisti adından imtina ediblər.
Bundan əlavə “Kadans” musiqili estrada teatrının təsisçisi və icraçı direktoru Nika Babayan Ermənistanın Əməkdar Mədəniyyət xadimi adından imtina edərək etirazları dəstəkləyib.
Qeyd edək ki, aprelin 22-də, Yerevan polisi Serj Sarkisyanın baş nazir olmasına etiraz edən 228 aksiya iştirakçısını saxlayıb. Polis aksiya iştirakçılarına qarşı güc tətbiq edib. Saxlanılanlar arasında müxalifət lideri Nikol Paşinyan və iki deputat – Ararat Mirzoyan və Sasun Mikaelyan var.