ad3f082e-bca5-41d4-81a6-5f13327586d8..jpg

Erməni bloqer Azərbaycan vətəndaşlığı almaq istəyir – VİDEO

Baxış sayı: 577 dəfə baxılıb.

Erməni bloqer Azərbaycan vətəndaşlığı almaq istəyir – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Erməni bloqer Natali Aleksanyan Qarabağ erməniləri Azərbaycanı tərk edəndə
sosial şəbəkədə cəsarətli çıxışlar edirdi. İndiyədək yaşanılan hər şeyə görə
Qarabağdakı xuntanı günahlandırır, Azərbaycana köçməyə və yaşamağa hazır
olduğunu deyirdi.

“İTV Xəbər Yekun” erməni bloqerlə əlaqə yaradıb, vaxtilə səsləndirdiyi
fikirlərə toxunub, ona bəzi suallar ünvanlayıb.

“Onilliklər ərzində Ermənistan Azərbaycan münaqişəsi çox sayda insanın ölümünə
səbəb oldu. Həm azərbaycanlılar, həm də ermənilər həyatlarını itirdilər. 44
günlük müharibədən sonra bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıdı.
Buna görə də düşünürəm ki, iki xalq arasında düşmənçilik əbəs imiş. Bundan
sonra öz çiyinlərimə bu yükü götürdüm. Çünki başa düşdüm ki, bu düşmənçiliyə
yalnız sülh yolu ilə son qoyula bilər. Belə insanlar Ermənistanda az deyil.
Lakin təəssüf ki, onlar sülhdən danışmağa qorxurlar”, – deyə N.Aleksanyan
bildirib.

Son açıqlamasında N.Aleksanyanın Azərbaycan vətəndaşlığı almaq istəməsi barədə
fikirlər səsləndirdiyini xatırladan aparıcı ondan bu məqsədlə Azərbaycan
hökumətinə müraciət edib-etmədiyini soruşub.

Ətraflı süjetdə:


Source link