Qondarma “Donetsk Xalq Respublikası”nın Ermənistandan olan “Cəllad” ləqəbli muzdlusu separatçıların tərəfində döyüşməsinin səbəbini izah edib.
ÇıxışYolu.Com-ın “Donpress” nəşrinə istinadən məlumatına görə, terrorçunun sözlərinə əsasən, o, Donbasa “ukraynalılardan Qarabağda Azərbaycan tərəfində Ermənistana qarşı döyüşdüklərinə görə qisas alır”.
Bildirilir ki, “Cəllad” Donbasa 2016-cı ildə gəlib.
Bundan əlavə, erməni muzdlusu iddia edir ki, Ukraynaya çoxlu sayda ABŞ və Avropa hərbçiləri kömək edir.
Terrorçu bəyan edib ki, Donbasda qələbədən sonra o burada qalaraq, “DXR” vətəndaşlığı almaq niyyətindədir.