Erməni cəlladın Xankəndidəki abidəsi söküldü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Antiterror tədbirlərindən sonra separatçı rejimin qalıqlarının təmizlənməsi
prosesi davam edir.
“Unikal” xəbər verir ki, Xankəndi şəhərində Qarabağ cəlladlarından biri,
“Bekor” ləqəbli Aşot Qulyanın abidəsi sökülüb.
Qeyd edək ki, 1992-ci ildə Ağdərə, Hadrut və bir sıra istiqamətlərdə günahsız
azərbaycanlıların qanını tökən terrorçunun abidəsi Xankəndi universitetinin
qarşısındakı parkda yerləşirdi.