1a8f7082-6864-4b50-a925-f56b9d7a06df..jpg

Erməni deputat: “İlin sonuna kimi sülh sazişinin imzalanması üçün hər şeyi edəcəyik”

Baxış sayı: 493 dəfə baxılıb.

Erməni deputat: “İlin sonuna kimi sülh sazişinin imzalanması üçün hər şeyi
edəcəyik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistanla Azərbaycan arasında sülh sazişi bu ilin sonuna qədər imzalana
bilər”.

Ermənistan mediasının məlumatına görə, bunu parlamentdə brifinq zamanı hakim
“Vətəndaş sazişi” fraksiyasının katibi Artur Ovannisyan bildirib.

O, Ermənistan tərəfinin bunun üçün hər şeyi edəcəyini vurğulayıb.

Onun fraksiyadan həmkarı deputat Gevorq Papoyan isə Azərbaycanla
münasibətlərin normallaşdırılması prosesi çərçivəsində qarşıda çətin diplomatik
iş dayandığını deyib.

Source link