Erməni futbolçu Qəbələyə gəlməkdən qorxdu

Baxış sayı: 2. 472 dəfə baxılıb.

Erməni futbolçu Qəbələyə gəlməkdən qorxdu

Lüksemburqun “Proqres” klubu Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ” ilə keçirəcəyi səfər matçında erməni əsilli futbolçusu Aleksandr Karapetyanın xidmətindən yararlanmayacaq. 

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Niderkorn komandasının fransalı meneceri Tomas Qilqeman açıqlama verib.

Qilqeman bu qərarı təhlükəsizlik məqsədilə və Ermənistan – Azərbaycan münaqişəsi ilə əlaqədar qəbul etdiklərini etiraf edib: 

“Karapetyan Azərbaycana səfərdən azad edilib. Onun fiziki forması qaydasında olsa da, özü Dağlıq Qarabağ münaqişəsinə görə Qəbələyə getmək istəmir. UEFA da təsdiqləyib ki, onun təhlükəsizliyinə cavabdeh deyil.

Biz öz oyunçumumuzu qorumalıyıq. 2015-ci ildə Dortmund “Borusiya”sının Henrix Mxitaryansız “Qəbələ” ilə oyuna getdiyini xatırlaya bilərik”.

Qeyd edək ki, “Proqres”lə ev oyunu iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlanacaq. Cavab oyunu isə iyulun 19-da Lüksemburqun “Düdelanj” stadionunda təşkil olunacaq.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com