Erməni general Qriqoryanın yoldaşı axtarışa verilib

Baxış sayı: 2. 837 dəfə baxılıb.

Erməni general Qriqoryanın yoldaşı axtarışa verilib

Ermənistanda hüquq mühafizə orqanları qanunsuz silah-sursat saxlamaq və iri məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunan general Manvel Qriqoryanın həyat yoldaşı Nazik Əmiryanı tapa bilmir.

ÇıxışYolu.Com xəbər verir ki, bu haqda Ermənistanda KİV-də məlumat yayılıb.

Nazik Əmiryanın saxlanılması haqqında qərar bir neçə gün əvvəl çıxarılsa da, axtarışlar heç bir nəticə vermir.

Jurnalistlər Əmiryanla telefonla əlaqə yaratmaq istəsələr də, onun nömrəsi əhatə dairəsində olmayıb.

Əmiryanın adı, oğlu Karen Qriqoryanla birgə  general Manvel Qriqoryana qarşı qaldırılmış cinayət işində təqsirləndirilən şəxs qismində hallanır.

Qeyd edək ki, Manvel Qriqoryan Cəbrayıl və Füzulinin işğalı ilə bağlı əməliyyatlar zamanı azərbaycanlı əsirlərə qarşı xüsusi amansız rəftarı ilə seçilib.

Bu yaxınlarda o, azərbaycanlı əsirlər Dilqəm Əskərov və Şahbaz Quliyevin güllələnməsi təklifini irəli sürüb.

.
www.ÇıxışYolu.Com