Erməni KİV: “Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri yaxın
günlərdə görüşəcəklər”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və erməni həmkarı Mqer
Qriqoryan arasında yaxın iki gün ərzində görüş gözlənilir.
Ermənistan mediasının məlumatına görə, bu barədə Ermənistan baş nazirinin
müavininin ofisindən xəbər verilib.
“Sabah və ya o biri gün iki ölkənin Azərbaycanla Ermənistan arasında dövlət
sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyalarının növbəti iclası
keçiriləcək”, – deyə məlumatda bildirilir.
Xatırladaq ki, sonuncu dəfə Azərbaycan və Ermənistanın delimitasiya
komissiyalarının iclası keçən ilnoyabrın 30-da
Qazax-İcevan sərhədində baş nazirlərin müavinləri Şahin Mustafayevin və Mqer
Qriqoryan rəhbərliyi ilə baş tutub.