2730b03b-714a-4270-9314-fd7393f782d0..jpg

Erməni KİV: “Paşinyan Brüsseldə istədiyini almadı, partiyası məyus oldu”

Baxış sayı: 600 dəfə baxılıb.

Erməni KİV: “Paşinyan Brüsseldə istədiyini almadı, partiyası məyus oldu”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın hakim Vətəndaş Sazişi Partiyası aprelin 5-də Brüsseldə baş naziri
Nikol Paşinyan, ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri
Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) xarici siyasət və
təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel arasında keçirilən
görüşün nəticəsindən şoka düşüb.

Bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, Paşinyan Brüsseldə istədiyini almayıb.

Məqalədə bildirilib ki, hakim partiya Avropa İttifaqı və ABŞ-dən milyardlarla
dollar yardım gözləyirdi, ancaq növbəti dörd il üçün yalnız 350 milyon avro və
qrant şəklində dəstək vəd edilib.

“Qərbin Ermənistanın mövcud hökumətinin “fədakarlıqlarını”
qiymətləndirmədiyinə görə Vətəndaş Sazişi məyus olub. Dünən hakimiyyət
dairələri bir-birinə təsəlli verirdilər. Onlar Nikol Paşinyanın hansısa gizli
razılaşmaya nail olduğuna ümid edirlər. Buna görə Paşinyanla görüşü və
məsələnin aydınlaşdırılmasını səbirsizliklə gözləyirlər”, – nəşr yazıb.

Source link