60be1d59-4208-4264-baf3-f63359d8e3b2..jpg

Erməni lobbisi və onların havadarlarından təxribat: Almaniyada etiraz aksiyası planlaşdırılır

Baxış sayı: 658 dəfə baxılıb.

Erməni lobbisi və onların havadarlarından təxribat: Almaniyada etiraz aksiyası
planlaşdırılır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyada işgüzar səfərdədir.

Dövlət başçısı Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə aprelin 26-da
keçiriləcək “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində
iştirak edəcək. Lakin Azərbaycan Prezidentinin Almaniyaya səfəri erməni
diasporu və bəzi dairələrin ürəyincə olmayıb.

APA xəbər verir ki, erməni lobbisi və onların havadarları Prezident İlham
Əliyevin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiyaya hazırlaşırlar.
Erməni dairələri aprelin 26-da Federal kanselyariyanın qarşısında Azərbaycan
Prezidentinin səfərinə “etiraz” olaraq, piket keçiriləcəyini anons edib.

Aksiyada Beynəlxalq Cinayət Məhkəməsində baş prokuror olmuş Luis Okampo və
Almaniya Mərkəzi Erməni Şurasının üzvləri iştirak edəcək.

Qeyd edək ki, erməni dairələrin əsassız “aksiya şousu”na alət elədiyi
Argentinadan olan Okampo kriminal-korrupsioner keçmişi ilə tanınır. İstər
Beynəlxalq Cinayət Məhkəməsində işlədiyi dövrdə, istərsə də sonrakı vaxtlarda
onun adı şübhəli maliyyə maxinasiyalarında hallanıb. Vaxtilə korrupsiya və
cinsi təqibdə ittiham olunan Okomponun Serj Sarqsyan, Arayik Arutunyanla
dostluq münasibətləri var.

Məlumata görə, hazırlanan “aksiya” erməni lobbisinin sifarişi ilə keçirilir.

Azərbaycan Prezidentinin səfəri zamanı belə bir aksiyanın təşkil olunması
təsadüfi deyil. Regionda sülh üçün yaxşı perspektivlərin yarandığı, sərhədlərin
delimitasiyası prosesinin başlandığı bir vaxtda erməni lobbisi və onların
havadarları bu prosesə mane olmağa çalışır, gərginlik yaratmaq üçün belə ucuz
şou qururlar. Delimitasiya prosesinə start veriləndən Ermənistanda baş verənlər
proseslərin eyni mərkəzdən idarə olunduğunu söyləməyə əsas verir.
Ermənistandakı revanşist, sülhə qarşı çıxan qüvvələrin aksiyalarına Berlindəki
erməni lobbisi və onların havadarları sabaha planlaşdırdıqları piketlə dəstək
verməyi planlaşdırırlar.

Lakin bu aksiyanın heç bir əhəmiyyəti və təsiri yoxdur. Erməni lobbisinin və
onların pulla ələ aldıqları şəxslərin məqsədi yalnız öz “fəallığını” nümayiş
etdirməkdir.

Source link