Erməni milyarderə doqquz il həbs cəzası istədilər

Baxış sayı: 2. 080 dəfə baxılıb.

Erməni milyarderə doqquz il həbs cəzası istədilər

Moskva Şəhər Məhkəməsində dövlət ittihamçısı erməni əsilli milyarder Oleq Mkrtçan üçün doqquz il həbs cəzası istəyib.

Bu barədə TASS xəbər yayıb.

“Donbass Sənaye İttifaqı” korporasiyasının direktoru bir milyard rubl (27 milyon manat) dəyərində dələduzluqda ittiham olunur.

Mkrtçan Rusiya Cinayət Məcəlləsinin 159.4-cü maddəsi ilə ittiham olunur. İstintaqın rəyinə görə, o, 2009-2013-cü illərdə xarici ofşor şirkəti vasitəsilə “Vneşekonombank”ın kredit-maliyyə vəsaitlərini mənimsəyib.

Məhkəmə sahibkarın səkkiz milyard rublluq (216 milyon manat) əmlakına da həbs qoyub.

Oleq Artuşeviç Mkrtçan erməni əsilli Rusiya milyarderidir (Armavirdə doğulub). 2012-ci ildə Ukraynanın 100 ən varlı adamları siyahısında 14-cü yeri tutub. Var-dövləti 1,25 milyard dollar dəyərində qiymətləndirilir.