Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin komandiri külli miqdarda mənimsəmə faktında şübhəli bilinir.
ÇıxışYolu.Com Ermənistan KİV-nə istinadən xəbər verir ki, şübhəli polkovnik öz hərbi hissəsindəki mayorla razılığa gələrək cari ilin yanvar – iyun ayları ərzində planda nəzərdə tutulandan daha az hərbi texnikadan istifadə edilməsinə tapşırıq verib.
Qənaət edilən 24 ton dizel yanacağını satan polkovnik dövlətə 8 milyon 856 min dram (18 min 450 dollar) ziyan vurub.
Nəticədə mayor, polkovnik və dörd nəfər saxlanılıb.