Erməni qaçaqmalçılar Polşada hakim qarşısına çıxarıldı

Baxış sayı: 2. 728 dəfə baxılıb.

Erməni qaçaqmalçılar Polşada hakim qarşısına çıxarıldı

Polşada siqaret qaçaqmalçılığı ilə məşğul olan dəstənin üzvləri hakim qarşısına çıxarılıb. 

ÇıxışYolu.Com “Gazeta Wyborcza” nəşrinə istinadla xəbər verir ki, müttəhimlər kürsüsündə 18 nəfər Ermənistan və Polşa vətəndaşları olub. 

“Onlar qaçaqmalçılıqla yanaşı, vergidən yayınmada ittiham olunurlar”, – Katovitse şəhərinin prokurorluğunun nümayəndəsi Marta Zavada-Dıbek bildirib. 

Məlumatlara görə, dəstəyə 38 yaşlı erməni rəhbərlik edib. Onlar 2016-cı ildən Çexiya və Slovakiya sərhədlərində fəaliyyət göstərib. Gətirilən mallar yerli bazarda, bir hissəsi isə Fransada satılırdı. 

Bunun nəticəsində Polşa büdcəsinə 3 milyon dollar zərər dəyib. 

Dəstənin bir çox üzvləri öz əməllərini etiraf edib. 

www.ÇıxışYolu.Com