453d073d-7ef2-4ffe-a904-a6f150da687a..jpg

Erməni rəqqasa sülh müqaviləsini imzalamağa nə mane olur? – VİDEO

Baxış sayı: 551 dəfə baxılıb.

Erməni rəqqasa sülh müqaviləsini imzalamağa nə mane olur? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son zamanlar tez-tez belə bir fikir səslənməyə başlayıb ki, Azərbaycan və
Ermənistan sülh sazişinin yekun mətninin işlənib hazırlanmasını başa çatdırmaq
üzrədirlər. Və məsələ artıq final mərhələsinə qədəm qoyur.

Bu barədə “Caliber”in “YouTube” kanalında videosüjet yayımlanıb.

“Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirib ki, siyasi iradə
sərgilənəcəyi təqdirdə, sülh sazişinin, hətta 15 gün ərzində imzalanması
mümkündür.

Həqiqətən də, siyasi iradə sərgilənəcəyi təqdirdə… Hansı ki, səs-küylü
populist bəyanatlara baxmayaraq, onun düşərgəsində bu, elə də gözə çarpmır.

Öz növbəsində, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan
edib ki, sülh sazişi artıq 70 faiz nisbətində razılaşdırılıb və 2023-cü ilin
sonuna qədər imzalana bilər”, – deyə videoda bildirilib.

Daha ətraflı videosüjetdə:


Source link