Erməni separatçıların fransalı havadarı ifşa edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Özünün qatı ermənipərəst mövqeyi ilə tanınan və 2027-ci il prezident
seçkilərində namizəd olmağa hazırlaşan Fransanın Overen-Rona-Alp Regional
Şurasının sədri Loran Vokie vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.
Məlumata görə, bəzi yerli məmurlar onun işgüzar fəaliyyətində çoxlu nöqsanlar
aşkarlayıb.
Belə ki, Vokyenin 4 əməkdaşı regional şurada qanunsuz işləməkdə şübhəli
bilinir.
Bununla yanaşı, onun büdcə vəsaitlərindən qeyri-qanuni şəkildə istifadə etdiyi
üzə çıxıb. Regional ekoloji təşkilatın rəhbəri Fabyen Qraeber büdcə
müzakirələri zamanı Vokyeyə qarşı səslənib:
“Sizə aid olmayan vəsaitlərlə bizim regionumuzdan taleyiniz üçün bir pilləkən
kimi istifadə edirsiniz. Fiskal qənaət dövründə buna daha dözə bilmərik!”.
Regional şuranın deputatı, Sosialist partiyaslndan olan siyasətçi Najat
Valo-Belkasem isə bildirib ki, hədsiz xərclər, qanunsuz yolla işədüzəltmə
Vokienin regionun maliyyəsini necə idarə etdiyinə dair şəffaflığın olmamasının
bariz nümunəsidir və onun siyasi gələcəyi ilə bağlı şübhələr yaradır.
Qeyd edək ki, Loran Vokye bir sıra ermənipərəst siyasətçilərlə birgə bu ilin
iyun ayında Qarabağın guya blokadada olmasını əsas gətirərək Fransa və BMT-yə
erməni sakinlərə kömək məqsədilə kollektiv müraciət ünvanlayıb. Bundan əvvəl
isə aprel ayında ermənipərəst siyasətçi İrəvanda qondarma rejimin “xarici işlər
naziri” Sergey Kazaryanla görüşündə təxribatçı fikirlər səsləndirib. Loran
Vokye bildirib ki, təmsil etdiyi regionun dəstəyi və Fransadakı erməni
icmasının təşkilatçılığı ilə Xankəndiyə “humanitar yardım” aparacaq. O, bu
konvoyu Laçın yolundan keçirəcəyini bildirib. Vokyenin bu açıqlaması rəsmi
Bakının sərt etirazına səbəb olub və Azərbaycanın suverenliyinə və ərazi
bütövlüyünə qarşı fəaliyyət kimi dəyərləndirib.
Mənbə: France 3 Regions