0fc2c8d2-63ec-4ef5-aa81-f858522d082b..jpg

Erməni silahlıları iki rayonumuzu atəşə tutdular – VİDEO

Baxış sayı: 829 dəfə baxılıb.

Erməni silahlıları iki rayonumuzu atəşə tutdular – VİDEO

Dekabrın 29-u axşam saatları və gecə ərzində Ermənistan silahlı qüvvələrinin
bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Qaraiman yaşayış məntəqələri
istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun
Zəylik və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində
yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab
tədbirləri görülüb.

Nazirlikdən bildirilib ki, baş verən gərginliyə görə bütün məsuliyyət
Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.


Source link